Accessibility links

Fərah şəhərində intiharçı hücumu olub


Əfqanıstanın Fərəh vilayətinin mərkəzi Fərəh şəhərində motosikl sürən bir intiharçı özünü partlatması nəticəsində azı 16 nəfər həlak olub və onlarla adam isə yaralanıb. Vilayətin valisi müxbirlərə bildirib ki, əməliyyat onun idarəsinin yaxınlığında baş verib. Polis bildirir ki, həlak olanların biri polis zabiti idi. Rəsmilər yaralananların bəzisinin ağır vəziyyətini nəzərə alaraq ölənlərin sayının arta biləcəyini təxmin edirlər. Bu arada polis rəsmiləri Xost vilayətində yolkənarında yerləşdirilmiş bomba partlayışı 3 mülki vətəndaşın həlak olmasına bais olduğunu bildirirlər. Bu hücumlar prezident Həmid Kazayın andiçmə mərasimindən bir gün sonraya təsadüf edir. O, deyib ki, təhlükəsizlik məsələsi idarəsinin prioriteti olacaq.
XS
SM
MD
LG