Accessibility links

Dalay Lama Barak Obamaya təşəkkürünü bildirib


Tibetin ruhani lideri Dalay Lama ABŞ prezidenti Barak Obamaya Çinə səfəri zamanı Tibet məsələsini qaldırdığına görə təşəkkürünü bildirib.

O,prezidentin məsələyə ciddi yanaşması və bunu açıq şəkildə müzakirəyə çıxarmasına məmnuniyyətini ifadə edib.

ABŞ prezidenti Barak Obama Tibet məsələsini Çin prezidenti ilə müzakirə etmişdi.

Prezident Tibetin gələcəyi ilə bağlı Çin rəsmiləri ilə Dalay Lama nümayəndələri arasında danışıqların bərpasına çağırmışdı.

XS
SM
MD
LG