Accessibility links

Peşəvər şəhərində qaz sızması partlayışa səbəb olub


Pakistanın şimal-qərb bölgəsində yerləşən Peşəvər şəhərində qaz sızması partlayışa səbəb olub və nəticədə bir nəfər yaralanıb.İlkin xəbərlərdə partlayışa bomba hücumunun səbəb olduğu bildirilmişdi. Bu, yaraqlıların iki həftə ərzində Peşəvərin ətrafında həyata keçirdiyi 8-ci hücumdur.

Oktyabrın ortalarından Pakistan ordusunun Cənubi Vəziristanda Taliban yaraqlılarına qarşı genişmiqyaslı hərbi əməliyyata başlamasından sonra yaraqlılar hücumlarını artırıb. Rəsmilər döyüşlər zamanı təxminən 500 yaraqlı və 70 əsgərin həlak olduğunu bildirirlər.

XS
SM
MD
LG