Accessibility links

ABŞ Senatı səhiyyə islahatları üzərində debata başlamağa səs verdi


Dünən Demokratlar səhiyyə islahatları ilə bağl qanun layihəsini debata çıxarmaq haqda qərarı təsdiq etdikdən sonra ABŞ senatı islahat paketini müzakirə etməyə hazırlaşır. 60:39 səs nisbətində dünən Senatda çoxluq təşkil edən Demokratlar tibb islahatları ilə bağlı debata başlamaq haqda qərarı təsdiq etdilər. Bütün 58 Demokrat və iki müstəqil senator qanun layihəsinin irəliyə aparılmasına səs verdilər. Respublikaçıların hamısı planın əleyhinə səs verib. Sənəd tibbi sığortanın milyonlarla əlavə adam şamil edilməsini və sığorta şitkərlərinin xidmətdən imtinasının qarşsını almağı nəzərdə tutur. Demokratlar debata başlanması ürə səsverməni udslara da qanunun Senatda təsdiq olunacağı aydın deyil. Belə ki, Nebraskadan mötədil senator Ben Nelson qanun layihəsi ilə ciddi problemlərinin olduğunu deyir.
XS
SM
MD
LG