Accessibility links

Filippinin cənub bölgəsinin qubernatorunun onlarla insanın qətlində əli olduğu deyilir


Pilippinin cənub bölgəsinin qubernatorunun siyasi opponentini dəstəkləyənlərdən 21 nəfərinin cəsədinin aşkar edilməsindən sonra ölkənin hərbi qüvvələri və polisi qubernatorunu və onun silhalı qüvvələrini axtarırlar.

Filippinin hərbi qüvvələri qətllərlərin kimlər tərəfindən həyata keçirildiyini aşkar etmək üçün əlavə hərbi qüvvələrin və polisin cəlb edildiyini bildirmişlər. Cəsədlərin qarşıdan gələn seçkilər üçün namizdələrin qeydiyyatdan keçməsinə mane olunması üçün 30 nəfərin girov götürülməsindən az sonra aşkar edildiyi deyilir. Ordu qətllərin arxasında ölkənin cənubundakı Maguindanao vilayətinin qubernatoruna sadiq silahlı qüvvələrin durduğundan şübhələnildiyini bildirib.

İlkin xəbərlərdə Filippinin cənubunda girov götürülənlər arasında bir neçə journalist və vəkilin, həyat yoldaşının qubernatorluğa namizədliyini irəli sürməyə hazırlaşan bir qadının da olduğu bildirilmişdi. Öldürülənlərin kimliyi barədə istitaq başa çatanadək məlumat verilməyəcək.

XS
SM
MD
LG