İran
bildirir ki, o, eyni vaxt ərzində nüvə reaktoru üçün yanacaq əldə etdiyi
təqdirdə özünün aşağı səviyyədə zənginləşdirilmiş uranını daha çox
zənginləşdirmək üçün xaricə göndərməyə etiraz etməyib. Xarici İşlər Nazirliyinin
sözçüsü Ramin Mehmanpərəst jurnalistlərə deyib ki, Tehran mübadilənin İran
hüdudlarında baş verməsi üçün 100 faizlik təminat istəyir. İran bu günə qədər BMT-nin təklifinə müqavimət
göstərib. Plana görə İran az
zənginləşdirilmiş uranının 70 faizini Rusiya və Fransaya göndərməli, orada isə
İranın tibbi tədqiqat reaktoru üçün yanacaq hazırlanmalıdır. Qərb dövlətləri
deyir ki, İranın nüvə proqramı silah hazırlanması məqsədi güdür, ancaq Tehran
bunun dinc mahiyyət daşadığını təkid edir.