Accessibility links

Ombudsman Apelyasiya məhkəməsinin blogerlərin  işində dönüş yaradacağına ümid edir


Blogerlərin işi ilə bağlı Apelyasiya məhkəməsinə ümid edirik. Ümid edirik ki, Apelyasiya məhkəməsi məsələnin həllində bir dönüş yaradacaq. Bu barədə Ombudsman Elmira Süleymanova “Amrikanın səsi” radiosuna bildirib.
O blogerlər və jurnalistlərin həbsdən azad edilməsi ilə bağlı əvvəllər də müraciət etdiyini deyib. “Ancaq hazırda blogerlərin azad edilməsi ilə bağlı yenidən müraciət edilməsi gecdir. Çünki məhkəmə onlar barədə qərar çıxarıb. İlk günlərdən biz tərəflər arasında barışıq əldə edilməsi təklifi ilə çıxış etmişdik. Çünki burada ağır heç nə yox idi. Amma barışıq olmadı”.
Ombudman hazırda Apelyasiya məhkəməsinə ümid etdiyini bildirib. “Apelyasiya məhkəməsi məhkəmə hökmünə münasibət bildirəcək. Yenə də ümid edirəm ki, Apelyasiya mərhələsində məsələnin həllində bir dönüş olacaq. Yəqin ki, Apelyasiya məhkəməsi blogerlərin xeyrinə bir qərar qəbul edər. Bu olmasa Ali Məhkəmə mərhələsi var”, - deyə o qeyd edib. .
Xanım Süleymanova məhkəmənin bütün mərhələlərində blogerlərin həbs qərarı qüvvədə saxlanarsa, hökm qüvvəyə mindikdən sonra yenidən əfvlə bağlı müraciət edəcəyini deyib.
Bununla yanaşı, Ombudsmanın jurnalistlər və blogerlərlə bağlı müraciətlərinə hökumətin müsbət yanaşacağı bəlli deyil. Çünki, onun hazırda həbsdə olan jurnalistlər və bloğerlərlə bağlı müraciətləri hələ də cavabsız qalıb.


XS
SM
MD
LG