Accessibility links

Cundullanın 7 üzvü həbs edilib


İran rəsmiləri deyir ki, sünni yaraqlı qrup olan Cundullanın 7 üzvü həbs edilib. Onlar ölkənin cənub-şərqində bir neçə hücumlar təşkil etməkdə ittiham olunur. Sistan-Bəlucistan vilayətinin ədliyyə rəsmisinin bildirdiyinə görə, terrorizmdə ittiham edilən həbs olunanlar yaxın gələcəkdə məhkəmə önünə çıxarılacaq. Cundulla keçən ay İranın cənub-şərqində 57 nəfərin ölümünə səbəb olan intiharçı hücumunun məsuliyyətini öz üzərinə götürüb. Partlayış qəbilə başçıları və İran İnqilab Şurasının 6 komandirinin həyatına son qoymuşdu. İran deyir ki, hücumun təşkilatçıları Pakistanda məskunlaşıb. İslamabad isə İranın ittihamlarını rədd edir.
XS
SM
MD
LG