Accessibility links

Roman Polanskinin ailəsi İsveçrə rəsmilərinin qərarını alqışlayıb


Kino-rejissor Roman Polanskinin ailəsi İsveçrə rəsmilərinin Zürih həbsxanasından ev dustaqlığına köçürülə biləcəyinə dair qərarını alqışlayıb. Polanski məhkəmənin 4.5 milyon dollar müqabilində zaminə buraxılması qərarından sonra hələ də həbxanadadır.

76 yaşlı rejissorun 30 il əvvəl Los Anjelesdən qaçması ilə bağlı onun Amerikaya təhvil verilməsi qərarı bir necə həftədən sonra verilə bilər. Polanskinin zaminə buraxılması onun böyük qələbəsi kimi qiymətləndirilir.

Chinatown, Rosemary's Baby və Pionist kino-filmlərinin rejissoru 13 yaşlı modelin zorlanmasında ittiham edilir. Polanski 1978-ci lin fevral ayının 1-də məsuliyyətə cəlb edilməməsi üçün Amerikanı tərk etmişdi.


XS
SM
MD
LG