Accessibility links

Dəyirmi masa: ‘Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesi’


Son həftə ərzində Dağlıq Qarabağ münaqişəsi yenidən dünya mətbuatının gündəminə gəldi. Əvvəlcə Azərbaycan prezidenti İlham Əliyevin danışıqlar nəticə verməsə Azərbaycanın hərbi gücdən istifadəyə hazır olduğunu söyləməsi, daha sonra Almaniyanın Münhen şəhərində İlham Əliyevin ermənistanlı həmkarı Serj Sarkisyanla görüşü və bunun ardından isə Azərbaycan dövlət başçısının Rusiyaya səfər etməsi məsələnin nizamlanması istiqamətində səylərin artırıldığını göstərə bilər. Dəyirmi masa söhbətimizin iştirakçıları politoloq Rasim Musabəyov və Şərq-Qərb araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Orucludur.

Prezidentlərin görüşündən sonra fransalı həmsədr Bernar Fasye açıqlığı bəyanatdan danışan Rasim Musabəyov haqqında söhbət edən tərəqqinin nədən ibarət olduğunu söyləməyin çətin olduğunu bildirib. "Ermənistan prezidenti Serj Sarkisyan 5 rayonun qaytarılmasında qərarlı görünür. Bu isə mərhələli planın başlanmasına imkan verir". Cənab Musabəyovun sözlərinə görə, Laçın və Kəlbəcərin boşalması statusla bağlı Azərbaycan qanunvericiliyinə dəyişiklər edilməsi ilə bağlanırdısa, ancaq indi Laçın və Kəlbəcərin erməni qoşunlarında azad olunması, dəhlizin eni və haradan keçməsi ilə bağlıdır.

"Rusiya Azərbaycanın hərbi fəaliyyətini artırmaq cəhdlərindən və o cəhdlərin reallaşması təhlükəsindən ən çox ehtiyat edən dövlətdir. Çünki keçən il Rusiya Cənubi Osetiya münaqişəsinə müdaxilə edərək özünü çox pis duruma saldı. Dağlıq Qarabağ məsələsində isə ümumilikdə götürdükdə Rusiyanın müdaxilə etməyə heç bir hüquqi haqqı da yoxdur." Bu sözləri isə Şərq-Qərb araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib. Onun sözlərinə görə, Rusiya başa düşür ki, Azərbaycan öz torpaqlarını silah gücünə azad etməyə qərara versə, təbii ki, Ermənistan buna heç bir halda duruş gətirə bilməyəcək. Cənab Oruclu Rusiyanın burada məsələyə müdaxilə etmək məcburiyyətində olduğunu deyir: "Buna Qərbin mövqeyi isə bütün əməliyyatların həcmindən və davamlılığından asılıdır. Əgər Azərbaycan qısa vaxt kəsiyində müharibəni sona çatdırıb istəyinə çata biləcəksə, Qərb iki həftə ərzində müəyyən bəyanatlarla kifayətlənə bilər. Əks təqdirdə isə, bu Azərbaycanın maraqlarına cavab verməyəcək."- deyə Ərəstun Oruclu bildirib.

XS
SM
MD
LG