Accessibility links

Yaxın Şərq İnstitutunda ABŞ-ın İran siyasəti haqda kitabın təqdimatı olub


Noybarın 23-də Yaxın Şərq İnstitutunda İranda sabiq girov olmuş və bu yaxınlarda ABŞ Dövlət Katibinin İran məsələləri üzrə yardımçısı təyin edilmiş Con Limbertin “İranla Danışıqlar: Tarixin Kabusları ilə Güləşərkən” adlı kitabının təqdimatı keçirilib. Həmin kitabda Con Limbert ABŞ-İran münasibətilərinin mümkün perspektivlərini və ortada olan problemlərin aradan qaldırılması yollarını müzakirə edir.

İran tarixi və mədəniyyətinə yaxından bələd olan Limbert kitabına ilham verən hadisənin 1979-cu ildə ABŞ səfirliyinə basqın zamanı girov götürülməsindən qaynaqlandığını deyir:

“Həyatımın ən böyük səhvlərindən biri o, oldu ki, mən səfirliyin binasını tərk edərək həmin əraziyə toplaşmış izdihamla dialoq qurmağa çalışdım. Mən çalışırdım ki, onları binanın qarşısından çıxaraq və yaxud ən azı binanın ələ keçirilməsini ləngidək.”

Lakin bunlardan heç biri baş vermədi. Həmin məşum gündə Con Limbert onlarla diplomat əməkdaşı ilə bərabər girov götürüldü. Con Limbert indiki İran rəhbərliyi ilə hazırlıqsız danışıqlar aparılması cəhdini öz başına gələn əhvalata bənzədir. Onun sözlərinə görə İranla danışıqlara başlamaq bu ölkədə mövcud olan siyasi cərəyanların kökləri haqda müfəssəl bilik və təmkin tələb edir.

“Bu kitabda sual İranla danışıqların aparılıb-aparılmaması deyil, İranla 30 illik düşmənçiliyə necə son qoyulmasından ibarətdir”

Peşəcə tarixçi olan Con Limbert sualların cavabını İranın keçmişindən qaynaqlanan kabuslarla üzləşməkdə görür. “İranda kimin hakimiyyətdə olmasından asılı olmayaraq bu kabuslar daim danışıqlar otağında olacaq,” deyə Limbert bildirir:

“Bu kabuslar çoxsaylıdır, qüdrətlidir və çox mühümdür. Bunlarında sırasında baş nazir Mossadeq, Mərkəzi Kəşfiyyat Agentliyinin fəaliyyətləri, Türkmənçay müqaviləsinə gedən, Morqan Şusterin, Hovard Baskervil, şah və səfirliyin girov götürülməsi kimi kabuslar var…”

Və burada söhbət təkcə İran İslam Respublikasından getmir. Müəllif danışıqlar prosesinin təməli kimi dörd tarixi presedentə nəzərə salır ki, bunlardan ikisi İslam İnqilabından öncəyə təsadüf edir.

Con Limbert 1945-46-cı ildə baş verən Azərbaycan böhranını və 1951-52-ci ildə cərəyan edən neft resurslarının milliləşdirilməsini sadalayır.

14-cü əsr İran şairi Sədinin fəlsəfəsinə diqqət çəkən Con Limbert bildirir ki, qədim şair insanlar haqda qabaqcadan fikir yürütməyin fəsadlarına qarşı xəbərdarlıq etmişdi. Əgər kimsə asketik şəxs kimi davranırsa onu davranışına əlavə motiv görmək və dediyi sözləri danmaq bəzən həqiqəti qulaqrdına vurulmasına gətirib çıxarır. İranda hakimiyyətdə qərar tutmuş insanların dindar fanatik olmasını və müxtəlif zamanlarda şər əməllərə əl atmasını etiraf edən Con Limbert bütün hallarda qarşı tərəfin arqumentlərinə dinlənməsinə çağırır. Bunun müvəffəqiyyətli sonluğa çatmasını isə Amerikalı diplomat iki başlıca amildə görür ki, bunlar yüksək təmkin və eyni zamanda tələbkarlıq nümayiş etdirlməsidir. Əgər tonda dəyişiklik edilərsə onda mümkündür ki, qarşıda gözlənilməz nailiyyətlər əldə olunsun, deyə Lambert söyləyir.

XS
SM
MD
LG