Accessibility links

BƏƏ hökuməti 'Dubai World'un borclarına təminat vermir


Dubayın yüksək vəzifəli maliyyə rəsmisi deyir ki, əmirlik hökuməti dövlətə məxsus Dubai World şirkətinin böyük borclarına qarantiya verməyəcək. Bu gün Dubay və Birləşmiş Ərəb Əmirliklərinin digər bölgələrində səhm birjalarında qiymətlər düşüb. İnvestorlar Dubayın 59 milyard dollarlıq borcunu qaytara bilməyəcəyindən narahatdırlar. Dubayda market 7.3 faiz, Abu Dabi indeksi isə 8.3 faiz dəyər itirib. Dubayın Maliyyə Departamentinin baş direktoru Əbdülrəhman Əl-Salehin sözlərinə görə, hazırkı böhranla bağlı bəzi məsuliyyətləti borc verən şirkətlər daşıyır.O deyir ki, onlar kredit verərkən dövlətin təminatına deyil, şirkət layihələrinin dəyərlərinə əsaslanıb.
XS
SM
MD
LG