Accessibility links

Avropa İttifaqı müqaviləsi qüvvəyə minir


27 üzvlük bloku dünya səhnəsində gücləndirməyə yönəlmiş Avropa İttifaqı müqaviləsi bu gün qüvvəyə minir. Lissabon Müqaviləsi adlanan sənəd itifaqın qərar vermə prosesini təkmilləşdirir və daimi Aİ prezidenti vəzifəsini təsis edir. Gələn ilin yanvarında Avropa İttifaqının prezidenti olacaq sabiq Belçika baş naziri Herman Van Rompuy bu gün Lissabonda müqavilə ilə bağlı şənlik tədbirlərində iştirak edəcək. Van Rompuy günün əvvəlində üzv dövlətlərlə əlaqələri möhkəmləndirmək məqsədilə Sloveniya paytaxtı Lyublyana və İtaliya şəhəri Milana səfər edib. Britaniyanın Avropa İttifaqındakı sabiq Ticarət Komissarı Katerin Əşton da Avropa İttifaqının xarici siyasət üzrə yeni rəhbəri seçilib.
XS
SM
MD
LG