Accessibility links

Pakistan qanunvericisi qətlə yetirilib


Rəsmilərin bildirdyinə görə, Pakistan qanunvericisi Şəmşir Əli Xanat Svat Vadisinin Minqora şəhərinin 30 km-liyindəki Kancu şəhərindəki evində intiharçı hücumu nəticəsində həlak olub. Son günlər hökumət qüvvələri Svat Vadisində Taliban yaraqlılarına qarşı irimiqyaslı əməliyyatlar keçirirlər. İki ay bundan əvvəl Talibanların çoxluq təşkil etdiyi digər Cənubi Vəziristan bölgəsindəki yaraqlıların bomba hücumları nəticəsində yüzlərlə hərbçi qətlə yetirilmişdi. Pakistan hərbi qüvvələri dünən də həmin bölgədə ordu ilə yaraqlılar arasında qanlı döyüşlərin baş verdiyini bildiriblər.

XS
SM
MD
LG