Accessibility links

NATO ölkələrinin xarici işlər nazirləri Brüsseldə Əfqanıstanda vəziyyəti müzakirə edir


NATO bildirir ki, 20-dən artıq ölkə ABŞ prezidenti Barak Obamanın Əfqanıstanla bağlı yeni strategiyanı açıqlamasının ardınca bu ölkəyə əlavə əsgəri qüvə göndərməyi planlaşdırır.

NATO-nun sözsüçü Ceyms Appathurai deyib ki, müttəfiq ölkələr alyansın baş katibi general Foq Rasmussenin əvvəlcədən söylədiyi kimi beş min əsgər göndərə bilərlər. Appathurainin sözlərinə görƏ NATO üzvləri prezident Obamanın Əfqanıstana otuz min əlavə əsgəri qüvvə göndərilməsi vədinə dəstək bildiriblər. NATO sözsünü bunları bu gün Brüsseldə alyansın xarici işlər nazirlərinin Əfqanıstanda vəziyyəti müzakirə etmək məqsədilə keçirilən danışıqların binrinci günü deyib.

ABŞ Dövlət katibi Hillari Klinton dünən deyib ki, Vaşinqton müttəfiqlərin əlavə əsgəri qüvvə haqda öhdəliyə əməl edəcəyini gözləyir. Türkiyə bildirib ki, Əfqanıstana hərbi məqsədlərlə deyil, yalnız əfqan qüvvələrinə təlim vermək üçün əlavə əsgəri qüvvə göndərilməsini nəzərdən keçirir.

Əlavə əsgəri qüvvənin sayı ilə bağlı rəsmi açıqlamaların NATO-nun Belçikada gələn həftə daha bir iclasından sonra veriləcəyi gözlənilir.


XS
SM
MD
LG