Accessibility links

Sincan Uyğur Muxtar Bölgəsində daha beş adam edama məhkum olub



Çinin Sincan Uyğur Muxtar Bölgəsində məhkəmə iyul ayında baş verən iğtişaşlarla bağlı olaraq daha beş adamı edama məhkum edib. Onlar qətl və başqa cinayətlərdə ittham olunublar. Çinin rəsmi Sinxua xəbər agentliyi bildirib ki, Urumçinin məhkəməsi iki adama da ömürlük həbs cəzası verib. Çin keçən ay birldirmişdi ki, 200 adamın həlak olduğu iğtiaşaşlarla əlaqədar olaraq doqquz uyğur edam edilib. Sinxua müttəhimlərin etnik mənsubiyyəti barədə məlumat verməsə də adlarından onların uyğur olduqları aydın olur. Sinxua bildirib ki, iyul ayındakı iğtişaşlarla əlaqəsi olan daha beş nəfərin işinə cümə günü baxılacaq

Sincan Uyğur Muxdar Bölgəsinin paytaxdı Urumçi də iyul ayının beşində iğtişaşlar uyğurların Çinin cənubunda iki uyğurun han çinliləri tərəfindən öldürülməsinə etiraz olaraq başlamışdı. Uyğurların hanlara qarşı zorakılıq işlətmələrindən iki gün sonra onlar da qısas almaq üçün şəhərin uyğurların yaşadıqların hissələrinə hücum etmişdilər. Bu iğtiaşaşlardan sonra yüzlərlə adam təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınmışdı.

XS
SM
MD
LG