Accessibility links

Malayziya İranla həmrəylik nümayiş etdirir


Beynəlxalq Atom Enerjisi Agentliyi İranı nüvə proqramına görə tənbeh etdiyinə görə Malayziya Vyanadakı nümayəndəsini geri çağırıb. Malayziyanın xarici işlər nazirliyi açıqladığı bəyanatda səsvermənin idarəçilik prosedurlarına uyğun gəlmədiyini bildirib. Bəyanatda detallara varılmır. BMT nüvə agentliyinin idarəçilər şurası noyabrın 27-də İranın nüvə fəaliyyətini tənqid edən qətnamə qəbul edib. Bir çox Qərb ölkələri Tehrandan atom bombası inkişaf etdirməkdə şübhələnirlər. Venezuela, Kuba və Malayziya BAEA 35 üzvlük idarəçilər şurasının qəbul etdiyi qətnamənin əleyhinə səs verən yeganə dövlətlər olub. Qətnaməyə Rusiya və Çin də daxil olmaqla 25 ölkə səs vermişdi.
XS
SM
MD
LG