Accessibility links

BMT Baş katibi ayrıseçkilik və dözümsüzlüyə qarşıdır  


BMT-nin Baş katibi Ban Kİ-mun 10 Dekabr İnsan Hüquqları Günü münasibəti ilə dünya ictimaiyyətinə müraciət ünvanlayıb.
Bəyanatda deyilir ki, heç bir ölkə ayrı-seçkilikdən sığortalanmayıb. “Biz bunu hər yerdə və müxtəlif formalarda görürük: köhnə və ya təzə, gizli və ya açıq, ictimai və ya şəxsi. Bu həm də institusionallaşmış rasizm, etnik münaqişə, dözülməzlik və rəddetmə halları və ya başqalarının bərabərliyini inkar edən tarixin rəsmi milli versiyası şəklində meydana gələ bilər”.
Baş katib hesab edir ki, ayrı-seçkiliyin hədəfi hücuma məruz qalan qruplara və şəxslərə yönələ bilər. “Bunlar əlil insanlar, qadınlar və qızlar, yoxsullar, mühacirlər, azlıqlar və fərqli qəbul olunan digərləridir. Bu müdafiəsiz insanlar çox vaxt cəmiyyətin iqtisadi, sosial, mədəni və ictimai həyatında iştirak etməkdən təcrid olunur. Onları rüsvay və xaric edən fanatizm, ekstremistlər tərəfindən istismar oluna bilər. Bəzi ölkələrdə biz yeni ksenofobiya siyasətinin əmələ gəlməsini müşahidə edirik”.
Cənab Ban Ki-mun eyni zamanda hesab edir ki, ayrı-seçkilik qurbanları yalqız deyil. “BMT onların, xüsusi ilə ən zəiflərinin hüquqlarını qorumağı borc bilərək hər zaman onların yanındadır. Bu bizim xüsusiyyətimiz və missiyamızdır. Beynəlxalq insan hüquqları cəmiyyətləri nifrət və mənfi rəyə qarşı mübarizə aparır. İctimaiyyətin məlumatlandırılması ayrı-seçkilikdən qanuni müdafiəyə və qeyri-bərabər müraciəti təklif edən qlobal sazişlərin imzalanmasına gətirib çıxarmışdır”.
O həmçinin düşünür ki, bunun qarşısının alınmasında mücərrəd öhdəliklər yetərli deyil. “Biz bərabərsizliyin və dözümsüzlüyün mövcud olduğu yerlərdə onlara qarşı mübarizə aparmalıyıq”, - deyə Baş katib qeyd edir.

XS
SM
MD
LG