Accessibility links

Iran prokuroru nümayişçilərə xəbərdarlıq etdi


İranın baş prokuroru kütləvi müxalifət nümayişlərindən bir gün sonra nümayişçilərə qarşı sərt tədbirlər görüləcəyinə dair xəbərdarlıq edib. Qulam Hüseyn Möhsen Ecei deyir ki, indiyədək rəsmilər ehtiyatla davranıblar. İranda təhlükəsizlik qüvələri nümayişləri dəyənəklərlə və gözyaşardıcı qazla dağıtdıqdan sonra İslam Respublikası beynəlxalq təzyiqlərə məruz qalıb. Həbs olunanların dəqiq sayı bilinmir. Minlərlə tələbə və sıravi vətəndaş dünən Mahmud Əhmədinejadın 12 iyun seçkilərində prezident seçilməsinə etiraz edib.
XS
SM
MD
LG