Accessibility links

İran bildirir ki, nüvə razılaşmasının xeyri olması üçün Qərb özünə inamı bərpa etməlidir



İranın Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib ki, İran BMT-nin nüvə yanacağı haqda təklifinə razılıq verə bilər, lakin dünyanın qüdrətli dövlətləri ilk növbədə Tehranın etibarını qazanmalıdır.


İranın dövlət mətbuatı xarici işlər nazirliyinin sözçüsünə istinadən xəbər verib ki, qərb ölkələri razılığın işə kömək etməsi üçün müəyyən şərtlərə əməl etməlidir. O, xüsusi olaraq heç bir şərti göstərməyib.

İran Beynəlxalq Atom Enerjisi agentliyinin az səviyyədə zənginləşdirilmiş uranın prosesdən keçirilməsi xarici ölkəyə göndərilməsi haqda təklifini rədd etmişdi. Bundan sonra İran tibbi reaktor üçün uranı özünün zənginləşdirəcəyini bildirirmişdi.



XS
SM
MD
LG