Accessibility links

Rusiya ABŞ-la nüvə müqaviləsinə yaxın olduğunu bildirir


Rusiya xarici işlər nazirliyi bildirir ki, ABŞ-la möhləti bitən nüvə silahları haqda müqaviləni yeniləməyə yaxındır. Sergey Lavrov bu gün Moskvada bildirib ki, saziş tezliklə imzalanacaq. Lakin o, konkret tarix deməyib. ABŞ və Rusiya müzakirəçiləri START adı ilə tanınan Strateji Silahlar İxtisarı Barədə 1991-ci ildə imzalanmaış müqaviləni əvəzləmək üçün Cenevrədə danışıqlar aparırlar. Lakin texniki məsələlər üznüdən danışıqlar maneə ilə üzləşir. Belə ki, Rusiya amerikalı müffətişlərin əsas raket zavodunu təfitş etməsini istəmir. ABŞ Dövlət Departamenti ötən həftə bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın nüvə arsenalı ilə bağlı şəffaflığın və yoxlanmanın davam etməsini istəyir.
XS
SM
MD
LG