Accessibility links

Müzakirəçilər qlobal istiləşmə ilə mübarizə yollarını müəyyən etməyə çalışır


Brüssel və Kopenqagendə müzakirəçilər qlobal istiləşmə ilə mübarizə yollarını müəyyən etməyə çalışır. Bu gün Avropa İttifaqı gələn üç il ərzində hər il inkişaf etməkdə olan ölkələrə istiləşmə ilə mübarizə üçün 3.5 milyard dollarlıq vəsait ayrıldığını bəyan edib.

Britaniyanın baş naziri Qordon Braun və Fransa prezidenti Nikola Sarkozi bu fonda 2 milyard dollarla yardım edəcəklərini bildiriblər.

Kopenhagendə keçirilən iqlim konfrasında əldə edilən ilk sənəd dünya ölkələrini 1990-cı illə müqayisədə 2050-ci ilədək istixana qazlarının 0 faiz ixtisarına cağırır.

Fransanın dövlət başçısı Sarkozi ölkəsinin 2020-ci ilədək emissiyanı 30 faiz azaldacağına vəd verib.

XS
SM
MD
LG