Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan prezidenti ilə görüşüb


Bu gün Bakıda ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüşdə Qarabağ nizamlanmasının hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.
Həmsədrlərin Azərbaycana səfərlərinin yekunları ilə bağlı yaydığı birgə bəyanatda deyilir ki, prezident İlham Əliyevlə Azərbaycan və Ermənistan prezidentinin noyabrın 22-də Münhendə keçirilən görüşündə aparılan diskussiyanı davam etdiriblər. Həmsədrlər gələn ilin yanvarında Ermənistana səfər edəcəklərini bildirir: “Bizim səfərlər münaqişənin nizamlanmasına dair baza prinsiplərinin razılaşdırılmasının başa çatdırılması üçün prezidentlərin 2010-cu ildə növbəti görüşünə yol açacaq”, - deyə həmsədrlər bəyan edib.
Xatırladaq ki, Minsk qrupunun həmsədrlərinin səfərindən bir neçə gün öncə münaqişənin nizamlanmanın Təməl prinsiplərinin (Madrid prinsipləri) yenilənmiş variantını tərəflərə təqdim edəilcəyi barədə məlumat verilmişdi. Bu variant Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu Münhen görüşündə razılaşdırılıb.
Təməl prinsipləri tərəflərə 2007-ci ilin payızında təklif edilib. Bu Dağlıq Qarabağ ətrafında işğal edilmiş ərazilərin azad edilməsini, qaçqınların öz yurdlarına qaytarılmasını və Dağlıq Qarabağın statusunun müəyyən edilməsini nəzərdə tutur.
Təməl prinsiplərin yenilənmiş variantının nədən ibarət olduğu barədə isə hələ hər hansı məlum verilmir.

XS
SM
MD
LG