Accessibility links

Cənubi Vəziristanda Pakistanın hərbi qüvvələrinin əməliyyatı başa çatdırılıb


Pakistanın baş naziri Yusuf Raza Gilani bildirib ki, hərbi qüvvələrin Cənubi Vəziristanda Taliban yaraqlılarınnın bazalarına qarşı əməliyyatı başa çatdırılıb.Hazırda qüvvələr diqqətini Cənubi Vəziristan yaxılığındakı Orakzaya yönəldib.Pakistan hökuməti Taliban liderlərinin Cənubi Vəziristandan Orakzaya qaçdıqlarına inanır.Hərbi qüvələri ağır artileriya silahları və təyyarələr müşayiət edir.

Pakistanın hərbi rəsmiləri Əfqanıstanla həmsərhəd Cənubi Vəziristanda həyata keçirilən əməliyyatda 600-dən çox yaraqlının öldürüldüyünü və təxminən 80 əsgərin həlak olduğunu bildirir. Lakin məlumat müstəqil mənbələr tərəfindən təsdiq edilməyib. Hərbi qüvvələr jurnalistlərə və humanitar yardım işçilərinə bölgəyə getməyi qadağan edib. BMT bildirir ki, hərbi əməliyatlara görə minlərlə adam evini tərk edib.

Pakistan hökuməti ölkə daxilində 500-dən çox adamın həlak olduğu bomba partlayışlarının məsuliyyətini Pakistanın Taliban yaraqlılarının üzərinə atır.

Pakistan hökumətinə Cənubi Vəziristanda əməliyyatların həyata keçirilməsini Birləşmiş Ştatlar tövsiyyə etmişdi. Belə ki,Taliban yaraqlıları Əfqanıstanda hücumlarını artırmışdı. Vaşinqton Pakistan hökumətini Pakistanın şimal bölgəsində sığınacaq tapdığına inanılan əfqan Talibanı və Əl-Qaida yaraqlılarına qarşı hücuma keçmək üçün təzyiq göstərirdi.


XS
SM
MD
LG