Accessibility links

Nauru Abxaziyanın müstəqilliyini tanıdı


Kiçik Sakit Okean hövzəsi ölkəsi olan Nauru Gürcüstanın separatçı Abxaziya regionunu müstəqil dövlət kimi tanıyan dördüncü ölkə olub. Abxaziya rəsmiləri deyirlər ki, Naurunun xarici işlər naziri razılığı bu gün imzalayıb.Cənubi Osetiya ilə birgə Abxaziya Moskvanın köməyi ilə Gürcüstandan ayrılıb. Ötən il Rusiya ilə Gürcüstan arasında bu region uğrunda qısa çəkən müharibə baş verdi. Rusiya separatçı regionlara qlobal dəstək qazanmağa çalışsa da indiyədək onları yalnız Rusiya, Venezuela və Nikaraqua tanımışdı. Dünyanın ən kiçik müstəqil respublikası olan Nauru Rusiyadan 50 milyon dollar müqabilində separatçı regionlardan birini tanıya biləcəyini bildirmişdi.
XS
SM
MD
LG