Accessibility links

Mumbay hücumlarında əli olmaqda ittham edilən şəxs günahkar olmadığını deyir


Keçən il Mumbayda 166 nəfərin ölümü ilə nəticələnən bomba hücumunda günahkar bilinərək həbs edilən Məhəmməd Ajmal Kəsab adlı şəxs məhkəmə qarşısında günahkar olmadığını bildirib və polisin onu işgəncələrə məruz qoyaraq yanlış ifadə verməyə məcbur etdiyini deyib.Məhəmməd Kəsab bunu bu gün keçirilən məhkəmə zamanı hakimə deyib. Kəsab eləcə də, hücumların baş verdiyi gün dəfələrlə nümayiş etdirilən şəkildəki silahlı şəxsin də o olmadığını deyib.

Kəsaba qarşı Hindistanda müharibə, qətl və partlayıcı maddələr saxlamaq da daxil edilməklə, 86 ittiham irəli sürülüb və o, edam hökmü ilə üzləşir.


XS
SM
MD
LG