Nəhəng qar çovğunu ABŞ-ın paytaxt və şimal-şərq şəhərlərini 40 santimetr dərinlikdə qar altında qoyub. Bütün region boyu insanlar hərəkət etməkdə böyük çətinliklərlə üzləşirlər. Amerikanın bəzi şimal-şərq hissələrində qarın dərinliyi 60 santimetrə çatıb. İki gün davam edən qar yağıntısı şənbə gecəsi başa çatıb. Vaşinqton şəhərində ictimai nəqliyyatın əhəmiyyətli kəsimi, o cümlədən açıq havadakı metro xidmətləri dayandırılıb. Qar çovğunu Baltimor, Filadelfiya və Nyu York şəhərlərinə də təsir göstərib. Bir çox ərazilərdə elektrik kəsilib və aeroportlarda uçuşlar təxirə salınıb.