Accessibility links

Koreya yarımadasında gərginlik artır


Şimali Koreya Cənubi Koreya ilə dəniz sərhədləri boyu ərazisini “dinc atəş zonası” elan edib. Pxenyan gəmilərə atəşə məruz qalmamaq üçün ərazidən kənar durmaq barədə xəbərdarlıq edib. Koreya Mərkəzi Xəbər Agentliyi bildirir ki, yerdə qurulan artilleriya bölmələri Cənubi Koreyanın aqressiv hərəkətlərinə cavab olaraq yarımadanın qərbini atəş zonası elan edib. Seul Universitetinin Şimali Koreya üzrə eksperti Yanq Mu Cin deyir ki, Pxenyanın məqsədi əbədi sülh müqaviləsini təmin etməkdən ötrü Cənubi Koreya və ABŞ-a təzyiq göstərməkdir.
XS
SM
MD
LG