Accessibility links

Blogerlərin şikayətinə baxılacaq


Azərbaycan Apellyasiya Məhkəməsi həbsdə olan blogerlər Adnan Hacızadə və Emin Millinin şikayəti üzrə hazırlıq iclası keçirib. Şikayətdə blogerlər təqsirsiz olduğunu bildirir və həbsdən azad edilmələrini xahiş edir.
Vəkil İsaxan Aşurov blogerlərin məhkəmə prosesinin başlamasına qədər hər birinin 5 min manat müqabilində girova buraxılması barədə vəsatətlə çıxış edib və məhkəmə vəsatəti rədd edib. Hakim məhkəmə baxışını 2010-cu il yanvarın 8-ə təyin edib.
Adnan Hacızadə və Emin Milli bu il noyabrın 12-də xuliqanlıq ittihamı ilə müvafiq olaraq 2 və 2,5 il müddətinə həbs edilib. Onlar iyulun 8-də kafelərin birində baş vermiş insidentdə təqsirli bilinib. Blogerlər ittihamə qəbul etmir və siyasi sifariş hesab edir. Çoxsaylı beynəlxalq və yerli təşkilatlar blogerlərin həbsini pisləyib və onların azadlığa buraxılmasını tələb edib. Hüquq-müdafiə təşkilatları gənclərin həbsini internetdə hökuməti tənqid edən videofilm yerləşdirmələri ilə əlaqələndirir.


XS
SM
MD
LG