Accessibility links

Əhmədinejad ABŞ telekanalına müsahibə verib


İran prezidenti Mahmud Əhmədinejad Böyük Britaniya qəzetinin İranın nüvə bombasını işə salan cihaz üzərində işləməsi barədə məlumatı təkzib edib. Dünən ABŞ-ın ABC telekanalına müsahibəsi zamanı jurnalist Dayan Soyer cənab Əhmədinejada The Times qəzetinin əldə etdiyi sənədlərin surətini verib. Bu sənəd İranın nüvə fəaliyyətlərinin detallarını göstərir. Ona uzadılan qəzeti kənara yelləyən İran prezidenti bunun ABŞ hökuməti tərəfindən hazırlanmış saxta sənəd olduğunu bildirib. Birləşmiş Ştatlar prezidenti Barak Obamanın müşaviri deyib ki, cənab Əhmədinejadın ittihamı əsassızdır. Dünən ABŞ baş qərargahlar rəisi Admiral Mayk Mallen deyib ki, İranın nüvə proqramına dair mübahisəni həll etməyin ən yaxşı yolu diplomatiyadır. Lakin o, hərbi variantın da açıq qaldığını bildirib.
XS
SM
MD
LG