Accessibility links

Azərbaycanda 2009-cu ilin neqativ və pozitiv yekunları


Turan Agentliyinin Analitik qrupunun rəhbəri Zəfər Quliyev 2009-cu ilin siyasi yekunları ilə bağlı “Amerikanın səsi” radiosuna müsahibə verib. Onun fikrincə, ötən il pozitiv və neqativ hadisələrlə yadda qalacaq. “2009-cu ildə neft pullarının müxtəlif layihələrə xərclənməsi davam edib. Bu insanlarda inam hissini artırıb. Eyni zamanda, pulların xərclənməsi zamanı aşkarlığın təmin edilməməsi, qanun pozuntuları, insan haqları, media azadlığı sahəsində geriləmələr, korrupsiya və rüşvətin səviyyəsinin azalmaması insanlarda mənfi emosiyalar yaradıb. Bu il Neft Akademiyasında tələbələrin güllələnməsi və Müdafiə nazirinin müavininin qətlə yetirilməsi mənfi hadisələr idi”.
Cənab Quliyev 2009-cu ildə konstitusiyaya dəyişikliklərlə bağlı referendum hadisəsini monarxiyaya doğru atılmış bir addım kimi qiymətləndirib.
O eyni zamanda, Ermənistan və Azərbaycan prezidentlərinin görüşlərinin intensivləşməsini müsbət adlandırıb. “Türkiyə-Ermənistan münasibətləri isə Azərbaycan - Türkiyə münasibətlərində gərgin anlar yaşadıb. Ancaq Türkiyə və Azərbaycan xalqları bu gərginlikdən müvəffəqiyyətlə çıxdı”.

XS
SM
MD
LG