Accessibility links

Demokrat konqresmen partiyasını dəyişdi


ABŞ Nümayəndələr Palatasından Demokrat qanunverici partiyasını dəyişərək Respublikaçı olacağını elan edib. Alabama ştatından konqresmen Parker Qriffit öz məramını çərşənbə günü evində açıqlayıb. Yenicə seçilmiş konqres üzvü deyib ki, o, artıq ölkə üçün pis qanunlar qəbul edən partiyanın üzvü qala bilməz. Qriffit ofisə seçiləndən bəri Demokratların bir çox təşəbbüsləri, ö cümlədən stimul planl, anti-iqlim dəyişikliyi və səhiyyə islahatları əleyhinə səs verib. Qriffitin az səs fərqi ilə qələbə qazandığı dairədə prezident seçkiləri zamanı seçicilər böyük səs çoxluğu ilə Respublikaçı namizəd Con Makkeynə səs vermişdilər.
XS
SM
MD
LG