Accessibility links

İranda dörd azərbaycanlı həbsdən azad oldu


İNSAFƏLİ HİDAYƏT
Savalan Səsi, Bizim Təbriz, Baybək və Sulduz Xəbər və Azərbaycanlı Siyasi Məhbusları Müdafiyə Komitəsinin bildirdiklərinə görə Ehsan Nəcəfi Nəsəb Həbs müddətinin bir hissəsini keçirəndən sonra, İran zindanlarının şərt qanunu əsasında əfv olunub.

Ehsanla bərabər, Fəraz Zehtab, Aydın Xajeyi və Məcid Makuyi də 2008-ci ildə həbs edilmişdilər. Onlardan, Fəraz və Aydın bir müddət əvvəl, həbsdən azadlığa buraxılmışdılar. Amma Məcid Makuyi hələ də Təbriz zindanındadır.

Bunlar 2008-ci ilin əvvəllərində, 7 nəfərlik bir qrup olaraq tutulub və hər biri bir müddət İttilaat İdarəsinin bir hücrəyrəli həbsxanasında, sorğu-sual edilmişdilər. Onlar sonra Təbrizin İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə olmuşdular. Hakim Həmlibər bu 4 nəfərin hər birinə bir il azadlıqdan məhrum etmə cəzası vermişdi. O eyni zamanda həmin azərbaycanlılara iki il də təliqli (şərti) həbs cəzası vermişdi. Onlara qarşı "Əmniyyəti pozmaq məqsədilə qrup təşkil etmək" və "Nizamın ziddinə təbliğar aparmaq" ittihamları irəli sürülüb.

Bizim Təbriz və digər xəbər saytları yazırlar ki 21 Azərin, İranda Azərbaycan Milli Hökumətinin quruluşunun il dönümü, münasibəti ilə tutulanlardan üçü də azad oldular. Bu xəbərə əsasən Camal Təsudiyan, Riza Gordani və Bəhmən Bəhiymi müvəqqəti olaraq buraxılan məhbuslardır. Onlar vəsiqə təmin etmə, yəni zəmanətlə sərbəst buraxılıblar.

Səyid Çələbiyanın da müvəqqəti olaraq azadlığa buraxılması barədə hökm verilsə də sərbəst buraxılmayıb və hələ də İttilaat İdarəsində sorğu-sual altındadır. Səyidə qarşı isə “ cinatəyət məqsədi ilə əlbir olmaq və toplanmaq" ittihamı irəli sürülüb. Qeyd olunur ki 21 Azər ilə eyni zamanda uşaqlar üçün şeer mərasimi və qonaqlığı Cəmal Təsudiyanın evində keçirilmişdi ki,İttilaat Məmurları oraya basqın Çələbyani, Gordani, Bəhməni və ev sahibi Təsuciyanı tutub və İttilaata apardılar

XS
SM
MD
LG