Accessibility links

İraqda zorakılıqlar nəticəsində 6 nəfər həlak olub


İraq rəsmiləri Bağdadda şiələrin yaşadığı məhəllədə yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində altı adamın öldüyünü, on yeddi adamın yaralandığını bildiriblər.

Paytaxtın Sədr şəhərciyində hücumşiə müsəlmanların Aşura gününü qeyd etdiyi zaman baş verib.İraq rəsmiləri şiələrə qarşı, həmçinin Milad bayramı zamanı mümkün hücumlarla bağlı xəbərdarlıq aldıqdan sonra xristianların yaşadığı yerlərdə təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Mosulda polis bildirib ki, xristianlar və etnik Şabaklar arasında toqquşma zamanı dörd adam yaralanıb. Burada ayrı insident zamanı əhalini siyahıya alan üç işçi kimliyi məlum olmayan şəxslər tərəfindən öldürülüb.

Polis ölkənin şimalında maşına yerləşdirlmiş bombanın partlaması nəticəsində bir kürd əsgərinin həlak olduğunu, 10 nəfərin yaralandığını bildirirlər.




XS
SM
MD
LG