Accessibility links

Terror hücumu cəhdindən sonra hava yolları şirkətləri təhlükəsizlik tədbirlərini gücləndirib


Əl-Qaidə ilə əlaqəsi olduğunu deyən Nigeriya vətəndaşının Birləşmiş Ştatların Detroyt şəhərinə uçan təyyarədə bomba partlatmağa çalışmasından sonra dünya ölkələrinin hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Milad bayramı günü təyyarədə uçan sərnişinlər 23 yaşlı Umar Faruk Əbdül Mutallab təyyarənin enməsindən öncə partlayıcıları işə salmağa çalışdığı vaxt tüstü hiss ediblər. Sərnişinlər və təyyarənin ekipajı dərhal onun qarşısını ala biliblər.

ABŞ rəsmiləri hava yolları şirkətlərindən Birləşmiş Ştatlara uçan bütün təyyarələrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini istəyiblər. Nigeriya da insidentlə bağlı təhqiqat aparır.

Məlumatlarda deyilir ki, Mutallab patlayıcı tozu ayaqlarına yapışdıraraq, şprits vasitəsilə maye ilə qarışdırmaq istəyib.

ABŞ Konqresinin Daxili Təhlükəsizlik Komitəsinin nüfuzlu üzvü, konqresmen Piter Kinq deyib ki, rəsmilər indiyədək belə partlayıcı maddə görməyiblər. O, Mutallabın Əl-Qaidə ilə əlaqəsi olduğunu deyib.

XS
SM
MD
LG