Accessibility links

NATO Taliban komandirinin məsciddə atşma zamanı öldürüldüyünü bildirir


NATO-nun Əfqanıstandakı rəsmiləri bildirirlər ki, Talibanın güclü silahlanmış komandiri məsciddə atışma zamanı öldürülüb. NATO-nin bildirdiyinə görə, beynəlxalq koalisiya və Əfqanıstan hərbi qüvvələri militantların komandirini təqib edib.

Hərbi qüvvələrin yaxınlaşdığını görən Taliban komandiri təslim olmaqdan imtina edərək, yaxınlıqdakı məscidə qaçıb orada sığınacaq tapmış və oradan atəş açmışdır.

Rəsmilər onun üzərinə qumbara və hərbi sursat olduğunu deyiblər.

Taliban komandiri silah, partlayıcı maddələrin alınması və bir sıra hücumların planlaşdırılmasına görə axtarşda idi.

XS
SM
MD
LG