Accessibility links

Rəsmi Pxenyan sərhəddi keçmiş amerikalı fəalın taleyi ilə bağlı susmağa davam edir


Şimali Koreya rəsmiliəri dünən ölkənin sərhəddini keçən amerikalı missionerin taleyi ilə bağlı susmağa davam edir.

Seulda insan hüquqları fəallarının sözlərinə görə, Koreya mənşəli amerikalı Robert Park kommunist ölkədə insan haqlarının pozulmasına diqqəti cəlb etmək üçün Milad bayramı günü Şimali Koreyaya keçib. Fəallar Parkın Şimali Koreya sərhəddini Çindən keçdiyini bildiriblər.

Park siyasi məhbusların azad edilməsi, onların saxlandığı əsir düşərgələrinin ağlanması və yarım qruplarının ölkəyə daxil olmasına imkan verilməsi çağırışları ilə Şimali Koreya lideri Kim Yonq İlə məktub aparır.

Cənubi Koreya və qərb dövlətləri Şimali Koreyada əmək düşərgələrində on minlərlər siyasi məhbus saxlandıını iddia edir. Pxenyan bu iddiaları rədd edir.


XS
SM
MD
LG