Accessibility links

Çin Britaniya vətəndaşını edam etdi


Çin hökuməti Britaniya vətəndaşını rəsmi Londonun və müttəhimin qohumlarının dəfələrlə mərhəmət diləməsinə baxmayaraq narkotik qaçaqmalçılıq ittihamı ilə edam edib. Britaniyanın xarici işlər idarəsinin yaydığı bəyanatda baş nazir Qordon Braun 53 yaşlı Akmal Şayxın edamından dəhşətə gəldiyini və məyuslandığını bildirib. Mərhumun ailəsi qısa bəyanatlıa çıxış edərək Çinin mərhəmət göstərməməsindən kədərini izhar edib. Şayxın ailəsi deyir ki, o, ikiqütblü psixoz və manik davranışa gətirib çıxaran əqli xəstəlikdən əziyyət çəkirdi. Çin xarici işlər nazirliyinin sözçüsü Cianq Yu rəsmi Londona cavab olaraq Britaniyanı ikitərəfli münasibətlərə xələl gətirməkdən yayınmağa çağırıb.
XS
SM
MD
LG