Accessibility links

ABŞ təyyarədə bomba hücumu cəhdinin arxasında duranları axtarır


ABŞ prezidenti Barak Obama deyir ki, Birləşmiş Ştatlar ABŞ-a məxsus təyyarədə baş vermiş bomba hücumu cəhdinin arxasında duranları tapmaq və həbs etmək üçün əlində olan bütün vasitələrdən istifadə edəcək. Havayda danışan cənab Obama hadisə baş verəndən sonra ilk dəfə idi ki, bu barədə şərh verirdi. Prezident gələcək hücumların qarşısını almaq səyləri çərçivəsində hava təhlükəsizliyi tənzimləmələrinin və terrorçu siyahısının yenidən nəzərdən keçirilməsinə göstərib verib. O, söz verib ki, Əfqanıstan, Pakistan, Yəmən, Somali və Birləşmiş Ştatlara hücum edə biləcək digər bütün yerlərdə ekstremizmə qalib gəlmək üçün Amerika əlində olan bütün vasitələrdən istifadə edəcək. Keçən həftə Milad bayramı günü nigeriyalı Ömər Faruk Əbdül-Mütəllib ABŞ hava yolları şirkətinə məxsus təyyarəni partlatmağa cəhd etmişdi.
XS
SM
MD
LG