Accessibility links

Hollandiya aeroportu tam bədən skannerlərindən istifadə edəcək


Hollandiyanın daxili işlər naziri bildirib ki, üç həftədən sonra ölkə rəsmiləri ABŞ-a gedən uçuşlar üçün aeroportlarda tam bədən skannerləri quraşdıracaqlar. Nazir Qusye Ter Horst bu bəyanatı çərşənbə günü Amsterdamdan Detroyta uçan təyyarədə terror cəhdinə cavab olaraq verib. ABŞ prezidenti Barak Obama terror cəhdinin ABŞ-ın təhlükəsizlik agentləri arasında sistematik qüsurlardan qaynaqlandığını deyib. Bu arada ABŞ Senatının Demokrat çoxluğunun rəhbəri Hərri Rid prezident Obamanın Nəqliyyat Təhlükəsizliyi Administrasiyasına nominasiya etdiyi şəxsin təsdiqi üçün gələn ay səsvermə keçirəcəyini elan edib. Respublikaçı senator Cim De Mint bir müddətdir ki, əks-terrosizm üzrə ekspert Errol Sazersin namizədlyinin səsə qoyulmasını əngəlləyir.
XS
SM
MD
LG