Accessibility links

Dünya 2009-cu illə vidalaşdı


Yeni Zelandiyanın Oakland şəhərində saatlar gecəyarı yanvarın 1-ni göstərəndə 2010-cu ilə qədəm qoyan ilk şəhər olmuşdur. Milyonlarla adam yeni ili qeyd edərkən tənətənəli atəşfəşanlıq görüntüləri Avstraliyanın Sidney şəhərinin məşhur buxta körpüsünün səmasını işıqlandırıb.Asiya-Sakit Okean hövzəsinin ölkələri terrorizm, təbii fəlakət və iqtisadi təlatümlə müşayiət olunan 2009-cu illə ilk vidalaşan ölkələr olublar.Honq Konqda yüz minlərlə adam Viktoriya Buxtası körpüsü yaxınlığında düzənlənən atəşfəşanlığı seyr ediblər.Çinfərqli təqvimdən istifadə etdiyi üçün 2010-cu ilin gəlişini fevralda qeyd edəcək, amma prezident Hu ötən ilin nailiyyətləri ilə bağlı xalqa televiziya ilə müraciət ünvanladı.Rusiya və Türkiyədə də yeni il təntənəli mərasimlər, konsertlər, rəqslər və ateşfəşanlıqla qarşılanıb. Türkiyə telekanallarının proqramları İstanbulda iki yerdən və İzmirdən yeni il şənliklərini canlı yayımda göstərib. Ayrıca Diyarbakır da daxil ölkənin bir sıra başqa şəhərlərində yeni il münasibəti ilə təntənəli mərasimlər təşkil edilib.
İnsanların yeni ili qeyd etməyə hazırlaşdığı Paris, London və Nyu York şəhərlərində isə təhlükəsizlik tədbirləri gücləndirib.
XS
SM
MD
LG