Accessibility links

Pakistanda bomba partlayışı azı 50 adamın həyatına son qoyub


Pakistan polisi bildirir ki,tayfaların yaşadıqları Şimali və Cənubi Vəziristanın yaxınlığındakı Ləkki Marvat şəhərində voleybol yarışında intiharçının maşınla hücumu azı 50 nəfərin həlak olmasına və bir neçə adamın isə yaralanmasına bais olub. Əfqanıstanla həmsərhəd olan Cənubi və Şimali Vəziristanda yaraqlıların hücumları son zamanlar artıb. Təhqiqatçılar bildirirlər ki, bomba partlayışı yaxınlıqdakı evləri dağıdıb. Bu arada Pakistanın təhlükəsizlik qüvvələrinin rəsmiləri bildirirlər ki, Birləşmiş Ştatların pilotsuz təyyarəsinin raket hücumu nəticəsində azı 3 yaraqlı öldürülüb. Röyter xəbərlər agentliyi bildirir ki, 2009-cu ildə Birləşmiş Ştatların azı 50 pilotsuz təyyarəsinin Pakistanın şimal qərb bölgəsinə hücumu nəticəsində 400-də çox adam öldürülüb.

XS
SM
MD
LG