Accessibility links

Somali sahillərində iki gəmi ələ keçirilib


Somali dəniz quldurları Britaniya bayrağı altında Sinqapurdan avtomobil və kimyəvi maddələr daşıyan tankeri ələ keçiriblər.

Rəsmilərin bildirdiyinə görə, Asian Qlory yük gəmisi və onun 25 üzvlük ekipajı Somali sahillərindən şərqdə təxminən min kilometrlik məsafədə saxlanılıb.

Avropa Birliyinin dəniz quldurluğu ilə mübarizə şöbəsindən bildirilir ki, gəmi patrul zonasından kənarda ələ keçiirlib. Şöbənin müdiri Con Harborun bildiriyinə görə, quldurlar gəminin mənsub olduğu şirkətilə əlaqə saxlamayıblar və gəminin haraya səmt götürdüyü aydın deyil.

Ekipaj üzvləri arasında 10 ukryanlı, 8 bolqar, beş hindli və iki rumıniyalı var. Rəsmilər onların sağ-salamat olduqlarını bildirirlər.

Dəniz quldurları cümə günü Ədən körfəzində kimyəvi maddələr daşıyan Pramoni tankerini ələ keçiriblər.

XS
SM
MD
LG