Eritreya hərbçiləri sərhəddə baş verən döyüşlərdə 10 Efiopiya əsgərini öldürdüklərini bildirir. Eritreya İnformasiya nazirliyi bildirir ki, Efiopiyanın hakim TPLF partiyasının qüvvələri yanvarın 1-də sərhəd qəsəbəsi olan Zalambesaya ardıcılı hücumlar ediblər. Nəticədə Efiopiya qüvvələri geri oturdulmuş, onların 10 əsgəri öldürülmüş, 2 nəfər əsir götürülmüş və müəyyən sayda silah-sursat ələ keçirilmişdir. Bu xəbər müstəqil mənbələr tərəfindən təsdiq olunmayıb. TPLF Efiopiyanın hakim koalisiyasında əsas partiyadır. Röyterz xəbər agentliyi isə Efiopiya rəsmisi Bereket Simona istinad edərək Eritreyanın diqqəti daxili böhrandan yayındırmağa çalışdığını bildirir.