Accessibility links

Şimali Vəziristanda militantlara hava hücumları edilib


Pakistanın kəşfiyyat rəsmiləri bildirir ki, ABŞ-ın pilotsuz təyyarəsi Şimali Vəziristanın qəbilələr məskunlaşan ərazisində endirdiyi hava zərbələri nəticəsində iki nəfər ölüb. Raketlər Miran Şah şəhəri yaxınlığındakı evə dəyib. Ölənlərin mülki vətəndaş yaxud militant olduğu hələlik bilinmir. Pakistan polisi bildirir ki, yolkənarı bomba partlayışı nəticəsində ölkənin Əfqanıstanla həmsərhəd olan şimal-qərb bölgəsinin sabiq naziri Qənni- ur Rəhman, onun sürüçüsü və cangüdəni həlak olub. Fransa xəbər agentliyi bildirir ki, bomba uzaqdan idarə edilən cihaz vasitəsilə partladılıb. Taliban və Əl-Qaida ilə əlaqəli olan yaraqlılar ölkənin şimal-qərb bölgəsində demək olar ki, hər gün hücumlar həyata keçirirlər.
XS
SM
MD
LG