Accessibility links

İraq Blackwater şirkətini məhkəməyə verir


İraq hökuməti ABŞ məhkəməsinin iraqlı vətəndaşları öldürməkdə günahlandırılan 5 amerikalı təhlükəsizlik işçislərinin üzərindən ittihamları götürməsindən sonra özəl Blackwater şirkətini məhkəməyə verib. İraq baş naziri Nuri əl Maliki bildirib ki, onun hökuməti komitə təsis edərək Blackwater şirkətinə qarşı həm ABŞ, hə də İraqda məhkləmə işi qaldırıb. ABŞ prokurorları keşikçiləri 2007-ci ilin sentyabrında Bağdadda izdihamlı küçə kəsişməsində atəş açaraq 17 nəfəri öldürməkdə ittiham etmişdi. ABŞ federal hakimi hökumətin müttəhimlərin konstitutsion hüquqlarını pozduğuna görə məhkəmə işini rədd etmişdi.
XS
SM
MD
LG