Accessibility links

2010-cu ilin yeni avtomobilləri necə olacaq


Keçən il böyük çətinliklərlə qarşılaşmış avtomobil sənayesi 2010-cu ildə yeni start götürür. Ekspertlər deyir ki, avtomobil istehsalçıları müştəriləri yenidən cəlb etməyə çalışdığı bir vaxt yeni il onlar üçün sınaqlarla dolu ola bilər.

Birləşmiş Ştatlarda son 26 ildə avtomobil satışlarının ən aşağı səviyyədə olduğu çətin bir ildən sonra ekspertlərin fikrincə, avtomobil istehsalçıları dönüş yaratmağa çalışır.

Avtomobil jurnalının redaktoru Riçard Hedland deyir ki, 2010-cu ilin əsas şüarı “yaşıl” olacaq.
“2010-cu ildə davam edən tendensiya ətraf mühitin qorunmasını nəzərdə tutan avtomobillərin istehsalı olacaq. Buna görə də əsas diqqət indi hər mil üçün istifadə edilən yanacağa veriləcək və indi bütün böyük avtomobil şoularında bu sözlər eşidiləcək.”

Təhlilçilərin bildirdiyinə görə, kredit sahəsində vəziyyətin yaxşılaşması və qlobal iqtiasdiyyatın 3 faiz artımı avtomobil sənayesinə 2009-ci ildə itirilmiş imkanları yenidən qaytarmağa kömək edib.

Avtomobil istehsalçıları gənc və yaşlı insanları cəlb etmək üçün yeni modellər dizayn edir.

Gənc alıcılar üçün Toyotanın Hi-CT modeli Yaponiyada cizgi filminin qəhrəmanının adını daşıyır.

Avtomobil istehsalçıları həm də bazarın böyük potensialını görə bilir.

Avtomobil jurnalının redaktoru Riçard Hedland.
“Fikrimcə, biz lüks maşınlarla bərabər, daha çox qaışıq mühərrikə malik lüks avtomobillərin şahidi olacayıq. Leksus məsələn, bir neçə hibrid lüks modelə malikdir, BMV özünün ilk lüks hibrid modeli üzərində işləyir, Mersedes də.”

Avtomobil istehsalçıları daha parlaq rənglərlə iqitasdi tənəzzüldən çəkinən müştəriləri cəlb edə biləcəklərinə ümid bəsləyir.

Oktavio Navarro Ford avtomobil şirkətinin sözçüsüdür.
“Bildiyiniz kimi, hamıda parlaq rənglər var. Adətən, bu, qara, ya da boz rənglərdir, amma indi sarı və başqa parlaq boyalar görməyə başlayacaqsınız. Fordun xüsusilə, bu il təqdim edəcəyi 2011 Fiesta modeli mənim ən çox sevdiyim açıq lumu rəngində buraxılır.”

Yüksək texnologiyalar da təbii, öz yerində, böyük yollara çıxır.

Dan Stronq Auto Ekspress jurnalının radaktorudur. O deyir ki, avtomobil istehsalçıları maşınlarda yüksək texnologiyalardan istifadə etməyə çalışır. Monitorlarda indi sürət, istiqamət göstərilməklə yanaşı, internetə giriş də mümkündür.

Lakin yəqin ki, avtomobil sənayesində ən maraqlı bir tendensiya Çinin bazarda rolunun artmasıdır.

Nissanın investisiya məsələləri üzrə prezidenti Yasuaki Haşimoto deyir ki, 2009-cu ildə Çində avtomil satışları 30 faiz artmışdır.
“Çin bazarının potensialı həqiqətən də böyükdür, ona görə ki, Çində müasirləşmə indi başlayıb. Fikrimcə, Çin yaxın zamanda dünyanın ən böyük avtomobil bazarına çevriləcək.”

Dan Stronq deyir ki, Ford şirkətinin Volvo şöbəsini Çinin Geely qrupuna satışını yekunlaşdırması ilə Çin avtomobil sənayesində nəhəngə çevrilir.

“İdeyalar, admibisiyalar, şoular, inamın və iqitsadiyyatın inkişafını nümayiş etdirmək üçün Çindən böyük bir yer yoxdur.”-deyə o bildirir.

Yeni hesabatda göstərilir ki, Çin avtomobil satışları üçün dünyanın ən böyük bazarına çevrilərək Birləşmiş Ştatları arxada qoyub. Bu o deməkdir ki, qlobal iqtisadiyyat ikinci on illiyə qədəm qoyduğu bir vaxt Amerika avtomobilləri Çin bazarını nəzərə alaraq istehsal ediləcək.


XS
SM
MD
LG