Accessibility links

Əl-Qaidə Mərkəzi Kəşfiyyat Agentliyinin işçilərinə qarşı hücumun məsuliyyıtini öz üzərinə götürüb


ƏL-Qaidənin Əfqanıstandakı komandiri keçən həftə Mərkəzi Kəşfiyyat Agentliyinin 7 işçisinin ölümü ilə nəticələnən intiharçı hücumunun, agentliyin Pakistanda üç yaraqlı liderinin ölümünə səbəb olan raket hücumlarına cavab olduğunu deyib. Şeyx Mustafa Əbu Əl-Yazidin dekabrın 30-da Birləşmiş Ştatların Xost vilayətindəki hava bazasına edilən hücum barədə açıqlaması dünən Əl-Qaidənin veb səhifəsinə yerləşdirilib. Açıqlamada hücumla Pakistan Talibanının sabiq lideri Beytulla Məsudun və başqa iki Əl-Qaidə qomandirinini qətlinə görə intiqam alındığı deyilir. Lakin açıqlamada Əl-Qaidənin hücumun məsuliyyətini öz üzərinə götürüb götürmədiyi aydın deyil. Əvvəlcə Əfqanıstan və Pakistandakı Taliban qruplarının hər ikisi hücumda məsuliyyət daşıdıqlarını bildirmişdilər.

XS
SM
MD
LG