Accessibility links

Prezident Obama ABŞ təyyarəsini partlatmaq cəhdi ilə əlaqədar çıxış edib


Prezident Obama bu günkü çıxışında deyib ki, Amerikanın ilk müdafiə cəbhəsi tezliklə və effektiv şəkildə bölüşdürülən və haqqında hərəkətə keçilən kəşfiyyat məlumatlarıdır. Cənab Obama Milad Bayramı günü baş verən hadisə ilə əlaqədar çatışmazlıqların baş verdiyini və sistəm işləməyəndə axırda prezident kimi özünün məsuliyyət daşıdığını söyləyib. Cənab Obama hadisə ilə əlaqədar kimisə ittiham etmək əvəzinə ondan nəticə çıxardıb səhflərin düzəldilməsi ilə maraqlandığını qeyd edib.

ABŞ prezidenti potensial hədələr qarşısında görüləcək işlərlə bağlı dəyişikliklər edilməsi barədə göstəriş verdiyini bildirib.

Dekabrın 25-i ABŞ təyyarəsində bomba partlatmağa cəhd göstərən şübhəli şəxs sərnişinlər tərəfindən zərərsizləşdirilib və Detroytda endikdən sonra nəzarət altına alınıb. Ancaq kəşfiyyat məlumatlarına baxmayaraq onun təyyarəyə minə bilməsi kəşfiyyat idarələri barədə təngidlərə səbəb olub.

Rəsmilərin sözlərinə görə, Ömər Faruk Əbdülmütəlləbin ekstremistlərlə potensial əlaqələri olduğuna görə, o, Amsterdamdan Detroyta uçan zaman sərnişinlər üçün əlavə yoxlamdan keçilmişdir. 23 yaşlı nigeriyalı təyyarə Detroyta yaxınlaşan zaman onu partlatmağa cəhd göstərmişdir.

Milli TƏhlükəsizlik məsələləri üzrə müşavir Ceyms Cons USA Today qəzetinə deyib ki, amerikalılar yol verilmiş səhvləri müəyyən mənada şok kimi qarşılaya bilərlər. Lakin o həmçinin bildirib ki, prezident problemləri həll etmək əzmindədir.

Cənab Obama bu həftənin əvvəli ABŞ kəşfiyyat agentliklərini şübhəli Ömər Faruk Əbdülmütəlləbın Amsterdamdan Detroyta uçan təyyarəyə minməsinə yol verildiyinə görə tənqid etmişdi.

XS
SM
MD
LG