Accessibility links

Misirdə xristianların qətlində şübhəli bilinənlər həbs edilib


Misir polisi ölkənin cənubunda, koptik xristianların təqvimi ilə Milad bayramı axşamı Naq Hamadi şəhərindəki kilsə yaxınlığında 6 xristian və bir müsəlman polis işçisini qətlə yetirməkdə şübhəli bilinən 3 nəfərin həbs edildiyini bildirir. Polis əvvəlcə hadisə zamanı istifadə olunduğu güman edilən bir maşının tapıldığını, bu gün isə həmin üç nəfərin ələ keçirildiyini xəbər verir. Ölkənin Daxili İşlər Nazirliyinin bildiryinə görə, həbs edilənlərin hər üçünün əvvəllər də cinayətlərdə əlləri olub. Rəsmilər bu hücumla bir xristian kişinin noyabr ayında yaxınlıqdakı kənddə müsəlman bir qızı zorlamasına görə qisas alındığını deyirlər. Kilsəyə hücumdan bir gün sonra isə minlərlə insan Naq Hamadi şəhərinin küçələrinə çıxaraq, etirazlarını bildirmişlər.

XS
SM
MD
LG